Interposta.Info

Bitkoinin qiyməti tarixində ən yüksək həddə çatdı

İqtisadiyyat
 17-12-2020, 09:40     480

Bitkoinin qiyməti alış-veriş sessiyasında 3,7% artaraq 22 148 dollar pik səviyyəsinə çatıb.

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 06:11-də ticarət sahəsindəki məlumatlar belə deməyə əsas verir.

Belə olan halda, kriptovalyuta tarixin maksimum qiymətini qazanıb.

Bakı vaxtı ilə saat 01:54-də olan məlumata əsasən, bitkoinin məzənnəsi artaraq 21 298 dollar həddini keçib. Bundan sonra kriptovalyutanın məzənnəsi artmaqda davam edib və Bakı vaxtı ilə saat 02:06-da 21 311 dollara (+9,6%) satılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26