Interposta.Info

Azərbaycanda Sovetin məşhur şirkəti ləğv olunur

İqtisadiyyat
 29-03-2021, 17:05     185

Bakı Şifer və Keramika ASC ləğv olunur.

"İnterPosta"xəbər verir ki, səhmdar cəmiyyətin ləğv olunması ilə bağlı elanda kreditorların iki ay ərzində tələblərini Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 30-cu km, ev10 ünvanına bildirməsi istənilir.

Qeyd edək ki, 19.04.2004 tarixində ASC-yə çevrilən şirkətin nizamnamə kapitalı 195 min 225 manatdır. Şirkətin qanuni təmsilçisi Hümbətov Kamil İsa oğludur.

2019-cu ildə Bakı Şifer və Keramika ASC sovet dövrünün istehsalı olan istehsal avadanlıqları, müxtəlif növ ehtiyat hissələri, 2 ədəd TQM23B tipli teplovoz, avtomobillər, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində texniki pasport və çıxarışı olan sənaye təyinatlı torpaq sahəsi icarəyə və satışa çıxarmışdı.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26