Interposta.Info

Məşhur holdinqin vergi borcu olan şirkəti ləğv olundu

Gündəm
 29-01-2021, 19:24     612

Əsası 1988-ci ildə qoyulmuş "EL Holdinq”ə daxil olan "EL ENGİNEERİNG" MMC ləğv olunduğunu elan edib.

Qaynarinfo xəbər verir ki, elanda kreditorlara iki ay ərzində tələblərini Az1095 Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr, ev 93, mənzil 27 ünvanına bildirməyi qeyd olunub.


Qeyd edək ki, "EL ENGİNEERİNG” MMC 23 oktyabr 2013-cü il tarixində yaradılıb. Şirkətin əsas fəaliyyəti kimya, neft emalı sahələri üçün avadanlıq və ehtiyat hissələrinin istehsalı və quraşdırılması olub.

Şirkətin nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Fəhrətov Tahir Əşrəf oğludur.

Şirkətin hazırda 776 manat 73 qəpik vergi borcu var.

Ötən ilin iyun ayında da "El Holding”ə daxil olan iki şirkət - "Ameqo” MMC və "El Trade” MMC ləğv olunmuşdu.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26