Interposta.Info

Tarif Şurasından mühüm AÇIQLAMA

İqtisadiyyat
 6-01-2021, 12:27     503

Son günlər Azərbaycanda benzinin və dizelin bahalaşması sosial şəbəkələrdə böyük müzakirələrə yol açıb.

"İnterPosta" Baku.ws-ə istinadən xəbər verir ki, yazılanlara görə, yanacağın bahalaşması bir çox məhsulların, xüsusən də çörəyin qiymətində artıma səbəb olacaq.

Çünki yanacağın bahalaşması birbaşa olmasa da, dolayı yolla sahibkarların əlavə xərcə düşməsinə səbəb olur. Yəni istehsal olunan çörəyin və ya digər məhsulun daşınması üçün çəkilən xərclər istər-istəməz artır. Bununla da, sahibkar məcbur olacaq ki, istehlakçıya satdığı çörəyin qiymətini ya bahalaşdırsın, yaxud da onun çəkisini azaltsın.

Çörəyin çəkisinin azalması da dolayı yolla məhsulun qiymətinin artırılması deməkdir.

Qeyd edək ki, çörək strateji məhsul olduğu üçün dövlət nəzarətindədir. Lakin onun qiyməti Tarif (qiymət) Şurası tərəfindən tənzimlənmir.

Bəs ölkədə nəzarətdə olan məhsul və xidmətlərdən hansı bahalaşacaq?

Suala cavab öyrənmək üçün Tarif (qiymət) Şurası ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən məhsul və xidmətlərin qiymətində bahalaşma nəzərdə tutulmayıb. “Bu barədə hələlik müzakirə aparılmır”, - deyə qurumdan bildirildi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26