Interposta.Info

Rusiya nefti son 20 ildə ən aşağı qiymətə düşdü – 10 dollar

İqtisadiyyat
 2-04-2020, 16:22     368

Aprelin 1-dən etibarən Rusiyanın Urals neftinin bir barelinin qiyməti Şimal-Qərbi Avropada 10.54 dollara enib ki, bu da 1999-cu ilin mart ayından bəri ən aşağı olub.

Qaynarinfo bu haqda "Argus Media”ya istinadən xəbər verir. Bundan bir qədər əvvəlsə bilinib ki, 30 və 31 mart tarixlərində bu neftin ixrac mənfəəti mənfi olub - neftin daşınma dəyəri onun qiymətini üstələyib.

Qeyd edək ki, 2020-ci il büdcəsi hesablanarkən Rusiya hökuməti Uralsın bir barrelinin qiymətini 42.4 dollar səviyyəsində müəyyənləşdirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26