Interposta.Info

Azərbaycanda əhalinin gəlirləri 6,6% artıb

İqtisadiyyat
 20-08-2019, 09:04     10 310

Bu ilin yanvar-iyul aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,6% artaraq 32218,8 milyon manat təşkil edib.

"İnterPosta.info" Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əhalinin hər nəfərinə orta hesabla 3259,7 manatlıq gəlir düşüb. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 29559,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,7% çox vəsait qalıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26