Interposta.Info

Mərkəzi Bank növbəti depozit hərracı keçirəcək

İqtisadiyyat
 16-08-2019, 08:11     10 310

Avqustun 19-da Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

"İnterPosta.info" trend-ə istinadən məlumatına görə, saat 11:00-11:15 aralığında təşkil ediləcək hərrac "Blumberq" ticarət sistemi platformasında həyata keçiriləcək. Hibrid formalı hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı 10:00-dır.

Hərracda məbləğ 150 000 000 (yüz əlli milyon) manat, müddət 14 gün, faiz dərəcəsi isə 6,26% - 8,24%-dir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26