Interposta.Info

Mərkəzi Bankın valyuta hərracında dollara tələb kəskin azaldı

İqtisadiyyat
 30-03-2020, 01:21     470

Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbədənkənar valyuta hərracı keçirilib.

Bu barədə Mərkəzi Bank məlumat yayıb.

Bankın məlumatına görə, hərracda dollara tələb martın 19-na nisbətən 137,2 milyon ABŞ dolları və ya təxminən 2,3 dəfə azalaraq 106,5 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26