Interposta.Info

Borcalanların zərərçəkmiş zaminləri məsələsinə də baxılacaq

İqtisadiyyat
 2-03-2019, 09:33     10 344

Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı imzalanmış fərmandan zaminlər də yararlana biləcək.

Maliyyə naziri Samir Şərifov AzTV-yə verdiyi müsahibədə bildirib ki, fərdi qaydada zaminlər məsələsinə baxıla bilər:

“Hansısa borcalan kredit öhdəliyini yerinə yetirməyib və pul ona zamin durmuş şəxsdən tutulubsa bu da problemdir. Yəni, zaminin orda əmanəti və yaxud maaş kartı olub, borc avtomobil ondan çıxılıb.

Fərmanda yazılıb ki, kompensasiya borcalana ödənilir. Lakin pulu banka onun əvəzinə zamin ödəyibsə, bu zaman borcalana qarşı tələb yaranır. Hesab edirəm ki, borclanlarla zaminlərin münasibətlərinə yenidən baxmaq ehtiyacı yaranır və fərdi qaydada zaminlər məsələsinə baxıla bilər”/oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26