Interposta.Info

Zərərçəkmiş:

Ölkə
 12-04-2017, 07:30     446

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

APA-nın məlumatına görə, Sabunçu rayon Məhkəməsində keçirilən prosesdən sonra vəkil Azər Tağıyev bildirib ki, prosesdə zərərçəkmiş şəxs qismində Gündüz Əliyev ifadə verib.

O bildirib ki, mebel istehsalı ilə məşğul olur: "Mənim Arif Kərimov adlı tanışım var. O, iş sifarişləri gətirirdi və buna görə ona faiz verirdim. 2014-cü ildə Arif Kərimov mənə sifariş gətirdi. Mən həmin sifariş üçün 191 min 850 manat aldım. Bu zaman əyləşdiyimiz kafeyə dörd nəfər daxil oldu. Onlar bildirdilər ki, MTN əməkdaşlarıdır və bizi "Sultan" kafesinə apardılar. Orada həmin pulu aldılar və bildirdilər ki, biz qanunsuz fəaliyyətlə məşğul oluruq".

Zərərçəkmiş şəxs məhkəmədə həmin pulun qaytarılmasını istəyib.

Proses aprelin 13-də davam edəcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26