Interposta.Info

Azərbaycan yağı İrəvanda satışda – Video

İqtisadiyyat
 4-01-2019, 17:47     10 393

İrəvanda Azərbaycan istehsalı olan kərə yağları satılır.

Bu məlumatı erməni mediası yayıb.

Erməni mediası, “Yeni il sürprizi. Bəli, Ermənistan paytaxtının ticarət pavilyonlarında “qardaş Azərbaycanın” yüksək keyfiyyətli kərə yağlarını tapmaq mümkündür”, – sözlərini yazan Sona Aqekyanın statusunu paylaşıb.

Aqekyan satılan yağın Azərbaycanda “Farmer” şirkətinə məxsus “Moskovskoye” yağları olduğunu deyib.

“Sputnik Ermənistan” saytına danışan erməni ekspertlər isə belə mallara marketlərdə rast gəlmədiklərini bildiriblər. Onlar bu tip malların daha çox küçələrdən alına biləcəyini söyləyiblər./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26