Interposta.Info

Azərbaycan nefti ucuzlaşdı

İqtisadiyyat
 18-12-2018, 09:36     10 340

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 62,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,17 dollar/barel azdır.

İnterPosta.info
-nun məlumatına görə, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 60,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,17 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 57,44 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,07 dollar/barel azdır

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 59,16 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,34 dollar/barel azdır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26