Azərbaycan nefti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 31-də 63,69 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,14 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 62,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,14 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 59,88 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,32 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 62,2 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,15 dollar/barel azdır.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26