Interposta.Info

Azərbaycan nefti ucuzlaşdı

İqtisadiyyat
 14-07-2018, 09:20     10 374

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 74,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,17 dollar dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 12-də 73,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3,19 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 12-də 70,14 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 3,19 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 12-də 72,17 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,97 dollar/barel azdır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26