Interposta.Info

Azərbaycanda bu məhsullar həftəni bahalaşma ilə başa vurdu

İqtisadiyyat
 17-11-2018, 00:05     10 304

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Noyabrın 16-da qızılın qiyməti noyabrın 15-i ilə müqayisədə 5,831 manat artaraq 1 unsiya üçün 2066,4265 manat təşkil edib.

Gümüş 0,2569 manat bahalaşaraq 1 unsiya üçün 24,3513 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 13,4555 manat artaraq 1434,613 manat, palladiumun qiyməti isə 51,7225 manat artaraq 1967,75 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir./trend

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26