Interposta.Info

Azərbaycan super sürətli gəmilər istehsal edəcək

İqtisadiyyat
 28-09-2018, 09:04     10 428

Azərbaycanda super sürətli gəmilər istehsal ediləcək. Artıq gəmilərin dizaynı tam hazırdır və istehsal zamanı hansı materiallardan istifadə ediləcəyi də bəllidir. Ən gözəl tərəfi odur ki, bu gəmilər tamamilə azərbaycanlı mütəxəssislər tərəfindən layihələndirilib və istehsal ediləcək.Təfərrüatlar Elmar Həbiblinin reportajında.

Azərbaycanda ilk dəfə müasir görünüşlü və çoxfunksiyalı sürətli gəmilər istehsal ediləcək.

Artıq bunun üçün 4 gəminin texniki və işçi layihələri hazırdır. Bu sürətli gəmilər xüsusi materialla istehsal ediləcək.

Gəmilərdən ikisinin uzunluğu 28 və 35 metr olacaq ki, onlardan yaxta kimi istifadə etmək də mümkün olacaq. Digər iki gəminin uzunluğu isə 14 və 17 metrdir və daha sürətlidir. Amma bu gəmilərdən mülki və idman məqsədi ilə istifadə etmək olar. Xüsusilə turizm sahəsində bu gəmilərə marağın böyük olacağı gözlənilir.

Bu gəmilər həm sürəti, həm də multifunksianallığı ilə seçildiyindən onlara maraq da kiafyət qədər çoxdur. Sifarişçinin istəyindən aslı olaraq, bu gəmilərin üzərinə hətta müxtəlif təyinatlı silahlar da yerləşdirmək olar.

Gəmini istehsal edəcək şirkət xüsusilə hərbi gəmilərin istehsalı sahəsində ixtisaslaşıb və onların məhsulu olan gəmilərdən hazırda Azərbaycan silahlı qüvvələrində dəgeniş şəkildə istifadə edilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26