Mərkəzi Bank 1,3 milyard manatlıq pul nişanını məhv etdi

2017-ci il ərzində Azərbaycan Mərkəzi Bankı çap şirkәtindәn 410 milyon 677 min manat mәblәğindә yeni pul nişanları tәhvil alıb.
"XeberBiz" AMB-nin yaydığı maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2016-cı ildəkindən 43,54 dəfə çoxdur. Belə ki, 2016-cı ildə AMB 9 milyon 432 min manat məbləğində yeni pul nişanları tәhvil alıb.
Hesabat dövründə AMB 1 milyard 307 milyon 505 min manat mәblәğindә pul nişanlarını mәhv edib. Bu, 2016-cı ildəkindən 604,839 milyon manat çoxdur. Belə ki, 2016-cı ildə AMB 702,666 milyon manat məbləğində pul nişanlarını mәhv edib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26