Interposta.Info

Əhali

İqtisadiyyat
 24-01-2017, 19:16     1 486

Əhali

1.5 milyard manat problemli kredit var

Dövlət Statistika Komitəsi 2016-cı ildə əhalinin banklarda olan əmənətləri və kreditlərin həcmini açıqlayıb.

2016-cı il dekabr ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli 16 275,5 milyon manat təşkil edib.

Həmin məbləğin böyük hissəsini -12 824,5 milyon manatı uzunmüddətli kreditlər təşkil edib. Kredit portfeli 2015-ci il dekabr ayının 1-i ilə müqayisədə 13,2 faiz azalıb.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,9%-ni təşkil edib. Başqa sözlə, 1 442,3 milyon manat problemli kredit qalıb.
Əhalinin banklardakı əmanətlərinin məbləği isə 2016-cı il dekabr ayının 1-nə 7 605,8 milyon manat təşkil edib (Fins.az).

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26