Azərbaycanda yoxsulluqla mübarizəni artırmaq üçün hansı addımlar atılmalıdır?
İqtisadçı-ekspert: “Dövlət özünün əsas funksiyasından istifadə edib bazarı effektiv qaydada tənzimləməlidir”
“Dövlət ölkədə daha iri şirkətlərin, transmilli korporasiyaların bazar payını azaldıb, kiçik və orta sahibkarlıq subyektlərinin inkişafını təşviq etməlidir. KOS-un inkişafının genişləndirilməsi və onun ÜDM-də payının 40-60 arasına gəriməklə sosial bərabərsizliyi və təsanüdü yaratmaqdır”.
"XeberBiz" xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Məhəmməd Talıblı Azərbaycanda məşğulluğun təmin olunması proqramı çərçivəsində yoxsulluqla mübarizəni artırmaq üçün hansı addımların atılmasının vacibliyini Pia.az-a şərh edərkən deyib.
Azərbaycanda varlılarla yoxsullar arasında fərq ildən-ilə daha da böyüyür. Bu gün əhali arasında orta təbəqə yoxdur və yaxud da çox cüzi hissə təşkil edir desək, səhv etmərik. Çünki orta təbəqə varlılar ilə kasıblar arasında “ərimiş” vəziyyətdədir. Bu isə o deməkdir ki, varlılarımız ilə kasıblarımızın arasında uçurum yaranır.
Bildiyimiz kimi, 2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində müəyyən edilib. Bu göstərici də bir ailənin normal yaşaması üçün çox aşağıdır. Ölkədə büdcədən maliyyələşdirmədə əhalinin nominal gəlirlərinin aşağı və yuxarı hədləri arasında kəskin fərq aradan götürülməlidir.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiə naziri Səlim Müslümov 2018-ci ilin büdcə layihəsinin müzakirələri zamanı yaxın illərdə məşğulluğun təmin olunması proqramı çərçivəsində ünvanlı sosial yardımın ləğv ediləcəyini bildirmişdi. Milli Məcliisn Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli də yaxın 6-7 il ərzində Azərbaycanda ünvanlı sosial yardımın ləğv ediləcəyi məsələsi ilə bağlı qeyd edib ki, sosial sığorta haqlarının ödənilməsində də müəyyən dəyişikliklərin ediləcəyi və məbləğin 3 dəfə artacağı gözlənilir. Məqsəd isə məşğulluğun təmin olunmasıdır. Bununla da ünvanlı sosial yardım əlil və fiziki məhdudiyyətli şəxslərə veriləcək. İşləmə qabiliyyəti olan insanlar və 2-ci, 3-cü qrup əlilləri üçün isə özünüməşğulluqla bağlı yeni iş yerləri açılacaq.
Hökümətin yaxın bir neçə ildə həyata keçirməyi planlaşdırdığı məşğulluğun təmin olunması proqramı çərçivəsində yoxsulluqla mübarizəni artırmaq üçün hansı addımların atılmasını məqbul hesab etmək olar?
Məhəmməd Talıblı: “. Dövlət bazara seyrçi mövqeyində durub baxmalı deyil ki, güclülər zəifləri daha sürətlə “udsun”.
Dövlətin ölkədə daha iri şirkətlərin, transmilli korporasiyaların bazar payını azaldıb, kiçik və orta sahibkarlıq subyektlərinin inkişafını təşviq etməli olduğunu vurğulayan iqtisadçı-ekspert Məhəmməd Talıblı əlavə edib ki, KOS-un inkişafının genişləndirilməsi və onun ÜDM-də payının 40-60 arasına gəriməklə sosial bərabərsizliyi və təsanüdü yaratmaqdır:
“Nəzəri baxımdan yanaşsaq, məlum olacaq ki, gəlir bölgüsünü yaratdığı bərabərsizlik yoxsulluğu dərinləşdirir. Maliyyə resurslarının təmərküzləşməsi prosesini sürətləndirir. Varlıları daha varlı, kasıbları daha kasıb edir. Dövlət bu zaman bazara seyrçi mövqeyində durub baxmalı deyil ki, güclülər zəifləri daha sürətlə “udsun”.
Əksinə, dövlət özünün əsas funksiyasından istifadə edib bazarı effektiv qaydada tənzimləməlidir. Bunlardan biri fiskal aspektdən problemin həllinə girişməlidir. Vergilər vasitəsilə daha çox qazananlardan yığımlar vasitəsilə alıb, büdcənin daxilolma kanalını genişləndirib daha həssas sosial qrupların proqramına yönəlik tədbirləri gücləndirmək olmalıdır.
Dövlət ölkədə daha iri şirkətlərin, transmilli korporasiyaların bazar payını azaldıb, kiçik və orta sahibkarlıq subyektlərinin inkişafını təşviq etməlidir. KOS-un inkişafının genişləndirilməsi və onun ÜDM-də payının 40-60 arasına gəriməklə sosial bərabərsizliyi və təsanüdü yaratmaqdır. Amma bizdə KOS-un payı heç 2 rəqəmli belə deyil. Belə vəziyyətdə iri şirkətlərin bazar payı gəlir dağıtımını ədalətli aparmağa imkan vermir. Ona görə, bir neçə istiqamətdə effektiv tədbirlər həyata keçirilməlidir ki, gəlir bərabərsizliyi həddi optimallaşsın”.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26