Interposta.Info

"Accessbank" satılır?

İqtisadiyyat
 23-11-2017, 13:27     7 425

Azərbaycanlı iş adamı "Accessbank"ı alır.

Tam xarici kapitallı bank olan "AccessBank"la bağlı artıq bir neçə aydır gəzən söz-söhbət son günlər daha da artıb.

interposta.info FED.az-a istinadən xəbər verir ki, "Nikoil Bank"ın səhmdarı olan, Rusiyanın "LUKoyl" neft şirkətinin prezidenti, azərbaycanlı Vahid Ələkbərov "Access Bankı" almaq istədiyini bildirib.

Bununla bağlı V.Ələkbərov Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib. Palata hazırda bununla bağlı müəyyən işlər görür və "AccessBank"ın qiymətləndirilməsi ilə bağlı tərəflər arasında danışıqlar gedir.

Qeyd edək ki, "AccessBank"ın nizamnamə kapitalı 140,25 milyon manat təşkil edir. Bu, 100% xarici kapitaldan ibarət olub, 6 beynəlxalq maliyyə institutuna məxsusdur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26