Elman Rüstəmov: İlin sonunadək pul kütləsi artacaq
Bütövlükdə biz neftin qiymətləri ilə bağlı olduqca ehtiyatlı davranmalıyıq.
interposta.info APA-ya istinadan xəbər verir ki, Azərbaycan Mərkəzi bankının İdarə heyətinin sədri Elman Rüstəmov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı millət vəkillərinin irəli sürdüyü təklif, sual və iradlara cavab verərkən deyib.
O, neftin qiymətləri yüksələn vaxt büdcənin gəlirlərinin artırılmasının tərəfdarı olmadığını deyib: “Eyni zamanda, neftin qiyməti düşən zaman xərcləri azaltmamalıyıq. İqtisadiyyat canlı orqanizm olduğundan stabillik, sabit xərc, sabit qiymət və sabit kurs tələb edir. Bu isə öz növbəsində tələb edir ki, resurs ölkələri sabit xərclərə əsaslanmalıdır. Neft gəlirlərinin indiki və gələcək nəsillər arasında bölünməsi ədalət prinsiplərinə tam şəkildə uyğundur”.
Baş bankir qeyd edib ki, ilin əvvəlindən pul kütləsi 12% artıb. “İlin əvvəlindən biz dövriyyəyə təxminən 1 milyard manata yaxın vəsait ayırmışıq. İlk sabitlik rüşeymlərinin yarandığı fevral ayının sonundan Mərkəzi Bank iqtisadiyyata əlavə olaraq 1,8 milyard manat vəsait yönəldib”.
E.Rüstəmov qeyd edib ki, ilin sonunadək pul kütləsi bir qədər də artacaq.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26