Interposta.Info

AMB-nin valyuta ehtiyatlarının ikiqat artacağı proqnozlaşdırılır

İqtisadiyyat
 31-07-2017, 14:46     10 490

2017-2020-ci illər ərzində Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 2,06 dəfə artacaq

"APA-Economics" xəbər verir ki, bu barədə "Standard & Poor`s" (S&P) beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.

Proqnoza əsasən, 2017-ci ilin sonuna AMB-nin valyuta ehtiyatlarının həcmi 5,757 mlrd. dollara çatacaq. 2016-cı ilin sonuna Mərkəzi Bankın balansında olan valyuta ehtiyatlarının həcmi 3,974 mlrd. dollar olub.

S&P-nin mütəxəssisləri AMB-nin valyuta ehtiyatlarının 6,287 mlrd. dollara, 2020-ci ilin sonuna 7,223 mlrd. dollar, 2021-ci sonuna isə 8,192 mlrd. dollara çatacağını proqnozlaşdırır.

Qeyd edək ki, cari ilin iyulun 1-nə AMB-nin valyuta ehtiyatları 4 mlrd. 964,1 mln. dollar təşkil edir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26