Mərkəzi Bankın valyuta ehtiyatları nə qədərdir?
Mərkəzi Bankın aprel ayının əvvəlinə olan rəsmi valyuta ehtiyatlarının həcmi 6 milyard 356,2 milyon ABŞ dolları olub.
"İnterPosta"-nın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, AMB-nin rəsmi valyuta ehtiyatlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz azalıb.
Qeyd edək ki, Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarının həcmi 2020-ci ilin eyni dövründə 6 milyard 393,8 milyon ABŞ dolları olub.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26