Interposta.Info

Beynəlxalq Bank kreditorları qəzəbləndirən şərtlərini dəyişdi

İqtisadiyyat
 17-06-2017, 22:33     576

Azərbaycan Beynəlxalq Bankı elan edib ki, “Clifford Chance” hüquq firmasının təmsil etdiyi bir qrup kreditorla danışıqlardan sonra xarici borcların restrukturizasiyasına dair şərtlərini dəyişib

Virtualaz.org xəbər verir ki, bu haqda “Reuters” bankın ötən gün yaydığı məlumata istinadən bildirir.

Bank bildirir ki, yeni şərtlər iyunun 19-da, gələn həftənin əvvəlində xüsusi informasiya memorandumu vasitəsilə açıqlanacaq.

“Clifford Chance” Azərbaycan Beynəlxalq Bankına cəmi 584 milyon dollar sindikatlaşdırılmış kredit verən bir neçə kreditoru təmsil edir. Bunlar “Citibank”, “Credtit Suisse” və digər xarici banklardır.

Bank həmin hüquq firmasının təmsil etdiyi kreditorlrla danışıqlara bu həftənin əvvəli başlayıb. Bildirilir ki, bankın 3.3 milyard dollarlıq xarici borcunun yarısından çoxunu vermiş kreditorlar yeni şərtlə razılaşdıqlarını bildiriblər.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı xarici borcların restrukturizasiyasına dair planı Londonda kreditorlara mayın 23-də təqdim etmişdi. Plana əsasən kreditorlar banka verdikləri vəsaitin 20 faizinin silinməsi şərti ilə borcun dövlət istiqrazlarına dəyişdirilməsi şərtini qəbul etməliydi. Lakin bu şərt kreditorları narazı salıb. Plan gələn ay səsə qoyulmalıydı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26