Interposta.Info

“Azərbaycan Dəmir Yolları” da xarici borcların restrukturizasiyasına hazırlaşır?

Gündəm
 16-06-2017, 12:24     563

“Azərbaycan Dəmir Yolları” ASC maliyyə məsələləri üzrə beynəlxalq məsləhətçi axtardığı barədə elan verib

Virtualaz.org xəbər verir ki, bu barədə “Reuters” bildirir.

ASC-nin electron poçt üzərindən yaydığı qısa elanda göstərilir ki, maliyyə konsultantının rolu ADY üçün gələcək kapital qoyuluşlarının maliyyələşdirilməsi üçün münasib variantların öyrənilməsindən və “ola bilsin müəyyən mövcud borc öhdəliklərinin yenidən maliyyələşdirilməsi” mexanizmlərini hazırlamaqdan ibarət olacaq.

Elanda “Azərbaycan Dəmir Yolları” ASC başqa detalar göstməyib. Lakin “müəyən borc öhdəliklərinin yenidən maliyyələşdirilməsi” dedikdə istisna deyil ki, dövlət səhmdar cəmiyyətinin xarici borclarının restrukturizasiyası planı nəzərdə tutulur. “Reuters” xatırladır ki, bu yaxınlarda dövlətə məxsus daha bir şirkət - Azərbaycan Beynəlxalq Bankı 3 milyard dollarlıq xarici borclarının restrukturizasiyasını elan edib.

Xatırladaq ki, Azərbaycanın dövlət şirkətləri-SOCAR, “Azərbaycan Dəmir Yolları”, AZAL, “Azərenerji” və digərləri son illərdə milyardlarla dollarlıq xarici borcun altına giriblər. Bu, beynəlxalq maliyyə təşkilatlarından alınmış kreditlər hesabına baş verib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26