Interposta.Info

“DəmirBank”

İqtisadiyyat
 13-02-2017, 16:00     581

“DəmirBank”

“DəmirBank” ötən həftə bankın serverlərinə haker hücumu və müştərilərin 3 milyon dollar vəsaitinin hakerlər tərəfindən ələ keçirilməsinə dair virtualaz.org saytının xəbərinə nəhayət münasibət bildirib

Bankdan bu gün yayılan açıqlamada haker hücumunun baş verdiyi təsdiqlənir.

Ancaq bildirilir ki, "DəmirBank"ın heç bir müştərisinin hesabına müdaxilə olmayıb. "06 fevral 2017-ci il tarixində bankdan kənarda yerləşən sistemlərə qanunsuz müdaxilə olunaraq bank vəsaitlərinin mənimsənilməsinə cəhd göstərilib. Beynəlxalq ödəniş sistemlərinin saxtakarlığa qarşı avtomatlaşmış müdafiə sistemləri hesabına qanunsuz əməliyyatların böyük hissəsinin qarşısı alınıb.Baş vermiş faktlar üzrə hadisəni törətmiş şəxslərin aşkarlanması və müvafiq tədbirlərin görülməsi üçün bank tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub"-bank bildirir.

Ölkənin ilk kommersiya banklarından olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına nüfuzlu beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26