Interposta.Info

“Dəmirbank”dan oğurlanan

Gündəm
 21-02-2017, 13:06     588

“Dəmirbank”dan oğurlanan
Bu günlərdə “Dəmirbank”dan 3 milyon dollar oğurlanması barədə xəbər yayıldı. Xəbərdə bildirilirdi ki, bank hesabları araşdırarkən külli miqdarda vəsaitin müəmmalı şəkildə silindiyi aşkarlanıb.
“Yeni Müsavat” qəzeti pulların terror təşkilatlarının əlinə keçə biləcəyini yazıb: "Göründüyü kimi, Azərbaycanın tanınan bankından 3 milyon dollar oğurlanıb. Adətən banklardan böyük məbləğlərdə pul yoxa çıxanda mütəxəssisləri, ekspertləri haker hücumları ilə yanaşı digər ehtimallar da narahat edir. Bu ehtimallardan biri də külli miqdarda pulun terror təşkilatlarının əlinə keçə bilməsidir.
Son zamanlar Azərbaycanda terror təşkilatlarının hərəkətliliyi hiss edilir. Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) son 4-5 ayda keçirdiyi uğurlu antiterror əməliyyatlarında 10-a yaxın təhlükəli terrorçu məhv edilib. Bu əməliyyatlar haqda məlumatlardan aydın olur ki, ölkəmiz çox ciddi təhlükə ilə qarşı-qarşıya dayanıb. Bütün dünyanı təhdid edən terror ölkəmizin sərhədlərini aşıb. Azərbaycan hüquq-mühafizə orqanları və xüsusi xidmət qurumları hələlik teraktların qarşısını alırlar. Bakıda, ölkənin paytaxtında, əhalinin sıx məskunlaşdığı arealda antiterror əməliyyatı keçirilirsə, onların məhv edilməsi ilə bağlı rəsmi məlumatlar yayılırsa, təhlükənin bizimlə nəfəs-nəfəsə dayandığını söyləməyə əsas var.
Belə bir şəraitdə Azərbaycanda qarışıqlıq yaratmaq istəyən terror təşkilatlarının, İŞİD və digərlərinin ölkəmiz üzərindən külli miqdarda “qara” pul ötürməyə cəhd etməsi də istisna deyil. Beynəlxalq təcrübədə belə ötürmələrə ara-sıra rast gəlinir.
Sirr deyil ki, din pərdəsi altında fəaliyyət göstərən terrorçu təşkilatlar digər sektorlara öz adamlarını yerləşdirdiyi kimi, bank sektorunda da onlarla əlaqələri olan şəxslərin mövcudluğu istisna edilmir. Və ya bank sektorunda çalışanları din adı altında təsir altına salıb, öz sıralarına cəlb edə, onların vasitəsilə öz çirkin əməllərini həyata keçirə bilirlər".
Yazıda sözügedən oğurluq faktının sabiq MTN naziri Eldar Mahmudova bağlı haker qrupu tərəfindən həyata keçirilə biləcəyidə iddia olunub: “Dəmirbank”dan 3 milyon dolların sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun nəzarətindəki haker qrupu tərəfindən ələ keçirilməsi də istisna deyil".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26