Interposta.Info

Neft bu qiymətə satılarsa, Bakı... –

İqtisadiyyat
 15-04-2017, 19:16     558

“Fiç” (Fitch) beynəlxalq reytinq agentliyi neft hasil edən ölkələrin dövlət büdcələrinin balanslaşdırılması üçün neftin qiymətinin nə qədər olmasını müəyyənləşdirib.

Agentlik hazırladığı bu siyahıda neftin orta qiymətini 52,5 dollardan götürüb. “Fiç”in müəyyənləşdirdiyi qiymət daha çox Küveytlə Qətərə sərf edib. Belə ki, neftin qiymətinin 51-52 dollar arasında dəyişməsi bu ölkələrə öz xərclərini qarşılamağa imkan verir. Hazırda ən pis situasiya Nigeriyadadır. Öz büdcəsini balanslaşdırmaqdan ötrü Nigeriya neftini 139 dollara satmalıdır./Axar.az

“Fiç”in dövlətlərin büdcəsində defisit yaranmaması ilə əlaqədar olaraq hər ölkə üçün müəyyənləşdirdiyi neft qiymətlərini təqdim edirik:

Nigeriya – 139 dollar

Anqola – 84 dollar

Oman – 82 dollar

Səudiyyə Ərəbistanı – 75 dollar

Rusiya – 74 dollar

Qazaxıstan – 72 dollar

Qabon – 71 dollar

Azərbaycan – 66 dollar

İraq – 66 dollar

Birləşmiş Ərəb Əmirlikləri – 61 dollar

Konqo – 60 dollar

Qətər – 52 dollar

Bəhreyn – 51 dollar

Küveyt - 45 dollar

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26