Interposta.Info

Manat fevralda 10% bahalaşıb

İqtisadiyyat
 28-02-2017, 10:11     487

Manat fevralda 10% bahalaşıb

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə USD/AZN rəsmi məzənnəsini 1,7475 səviyyəsində müəyyən edib

interposta.info "APA-Economics"-a istinadən xəbər verir ki, beləliklə, aya 1,9200 manat səviyyəsində başlayan dollar fevralı 1,7475 manatla tamamlayıb.

Göründüyü kimi, dollara fevralda manata qarşı 9,87% ucuzlaşıb.

Onu da qeyd edək ki, manat fevralın 16-dək bahalaşma nümayiş etdirib. Fevralın 16-dan isə manat ucuzlaşır.

AMB ucuzlaşmanın səbəbini açıqlamır.

Ötən gün banklar orta hesabla dolları 1,7350 manata alıb, 1,8400 manata satıb.

Bu gün isə AMB tərəfindən növbəti valyuta hərracı baş tutacaq. Hərracda manatın ortaçəkili məzənnəsi müəyyənləşəcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26