Interposta.Info

Banklarda

İqtisadiyyat
 31-01-2017, 15:52     1 034

Banklarda
31 yanvar 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. Hərracda manatın orta çəkili məzənnəsi 1,9200 səviyyəsində formalaşıb. Bu gün rəsmi USD/AZN məzənnəsi 1,9165 manat səviyyəsindədir.

Hərracda dollar cüzi bahalaşıb. Buna baxmayaraq hərracdan əvvəl və sonra bir sıra banklar dolları ucuzlaşdırıblar.

Günorta saatlarında dolların satış qiymətini Unibank 1.97 manatdan 1.95 manata, Amrahbank 1.96 manatdan 1.95 manata, Nikoilbank 1.99 manatdan 1.98 manata, Yapı Kredi Bank Azərbaycan 1.9640 manatdan 1.96 manata endirib.

30 Yanvarda 1 dolları 1.9650 manata satan Kapital Bank bu gün 1.95 manata satır. Dolların satış qiymətini NBC Bank 1.97 manatdan 1.9590 manata, Bank of Baku 1.98 manatdan 1.97 manata, ExpressBank 1.9650 manatdan 1.96 manata endirmişdi. (APA)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26