"Qarabağ" və Marko Yankoviçin lider olduğu göstərici açıqlandı
2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında 90 dəqiqə ərzində ən çox dəqiq ötürmə müəllifi olan futbolçular bəlli olub.
Goldmedia.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının hesabatında bildirilib.
"Qarabağ"ın futbolçusu Marko Yankoviç birinci pillədə qərarlaşıb. Yarımmüdafiəçinin 90 dəqiqə ərzində orta hesabla 69,23 ötürməsi hədəfə çatıb ki, bu da 89 faizlik dəqiqliyə bərabərdir.
Ağdam təmsilçisinin sabiq oyunçusu Sami Mmae (68,26: 91 faiz), "Zirə"dən İsmayıl İbrahimli (64,99: 91 faiz), "Qarabağ"dan Bədavi Hüseynov (63,43: 93 faiz), "Zirə"dən Ange Mutsinzi (62,73: 90 faiz) növbəti sıralarda yer alıblar.
"Qarabağ" (480,80: 86 faiz) komandası dəqiq ötürmə sayında liderdir. Növbəti mövqelərdə "Zirə" (432,56: 85 faiz), "Sabah" (411,23: 85), "Neftçi" (379: 84 faiz), "Araz-Naxçıvan" (377,55: 84 faiz), "Sumqayıt" (377,13: 85 faiz), "Qəbələ" (338,74: 82 faiz), "Turan Tovuz" (301,54: 79 faiz), "Kəpəz" (387,33: 79 faiz), "İmişli" (271,65: 76 faiz), "Karvan-Yevlax" (260,06: 78 faiz) və "Şamaxı" (243,92: 76 faiz) qərarlaşıblar.
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26



