Interposta.Info

THY və digər hava yollarına biletlər də DigiTravel-lə ABB mobile tətbiqində!
 

İqtisadiyyat
 Bu gün, 14:53     0

Yeni strateji dövrdə həyat tərzi bankçılığını inkişaf etdirən ABB səyahətsevərlərin imkanlarını daha da genişləndirib. Artıq ABB mobile-da DigiTravel vasitəsilə AZAL-dan başqa, Türk Hava Yollarının, həmçinin A-Jet, Pegasus, Lufthansa, FlyDubai da daxil olmaqla digər bir çox hava yollarının aviabiletlərini də rahatlıqla, uyğun qiymətə əldə etmək olar. Bu imkan səyahətsevərlərə daha çox seçim və daha rahat səyahət təcrübəsi qazandırır. İstifadəçilər tətbiq üzərindən bir çox istiqamətlərə biletlər axtara, ən uyğun reysləri seçib aviabileti tətbiqdən çıxmadan ödəniş edərək ala bilərlər.
Qeyd edək ki, ABB son illər həyat tərzi bankçılığının mühüm tərkib hissəsi kimi səyahətsevərlərin tez-tez istifadə etdikləri xidmətləri eyni platformada toplamaqdadır. Bank indiyə qədər özünün ABB mobile tətbiqində səyahət sığortası xidmətini, visa müraciətləri üçün hesabdan çıxarış və arayışların alınmasını, sırf səyahət məqsədləri üçün nəzərdə tutulan və səyahətlər zamanı böyük üstünlüklər verən TravelCard məhsulundan, ödənişlərdən millər qazandıran ABB-AZAL Miles kartlarından istifadə imkanını, xaricə səfərlər zamanı internet bağlantısına şərait yaradan ABB-eSIM xidmətini təqdim edib.
DigiTravel xidməti isə aviabiletləri də ABB mobile tətbiqindən almaq imkanı yaradır. Bu, xidmət ölkəmizdə məhz ABB-nin həyata keçirdiyi bir ilkdir. Tezliklə bu imkan bütün istiqamətlərə uçuşlara aid olacaq.
İstənilən ölkəyə və istiqamətə dünyanın aparıcı hava yollarından aviabiletlərin alınması imkanı, ödənişlərin tətbiq üzərindən birbaşa həyata keçirilməsi, mövcud biletləri real vaxtda görərək qiymətləri müqayisə edə bilmək və bilet rezervasiyası səyahətsevərlər üçün DigiTravel xidmətinin əsas üstünlükləridir. Xidmətdən istifadə çox rahatdır. Müştəriyə axtarışlarına uyğun ən sərfəli seçimlərlə bağlı tövsiyələr də verilir.
ABB səyahətsevərlərin eyni platformadan xidmət almaq imkanlarını yeni layihələrlə bundan sonra da genişləndirəcək.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Goldmedia.az 

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26