Azərbaycan Kuboku: "Qarabağ" "Şamaxı"ya uduzdu
Azərbaycan Kuboku: "Qarabağ" "Şamaxı"ya uduzdu
"Qarabağ" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Şamaxı"ya məğlub olub.
"İnterPosta"nın məlumatına görə, qarşılaşma Şamaxı şəhər stadionunda keçirilib.
Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Şamaxı"nın heyətində 26 və 41-ci dəqiqələrdə Karim Rossi fərqlənib. Qonaqlardan Abdullah Zubir 76-cı dəqiqədə adını tabloya yazdırıb.
Komandalar arasında cavab görüşü martın əvvəlində baş tutacaq. Cütün qalibi növbəti raundda "Sumqayıt" - "Zirə" duelinin güclüsü ilə üz-üzə gələcək.
Bu gün 1/4 final mərhələsində "Turan Tovuz" - "Kəpəz" oyunu da keçiriləcək. Matç saat 19:00-da start götürəcək.
Qeyd edək ki, ötən gün "Sabah" "Qəbələ" ilə, "Sumqayıt" isə "Zirə" ilə qolsuz bərabərə qalıb.
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26


