Interposta.Info

Azərbaycan Kuboku: Daha iki oyun keçiriləcək

İdman
 14-01-2026, 09:39     21 067

Bu gün Basketbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.

"İnterPosta" məlumatına görə, qarşılaşmalardan biri Şəkidə, digəri Bakıda baş tutacaq.

Saat 17:00-da "Şəki" "Sərhədçi"ni, 19:00-da isə NTD "Sumqayıt"ı qəbul edəcək.

Ötən gün "Quba" "Naxçıvan"ı (105:98), "Neftçi" "Lənkəran"ı (86:54) üstələyərək 1/4 finala vəsiqə qazanıb.

"Şəki" - "Sərhədçi" cütünün qalibi növbəti raundda "Abşeron Lions"la, NTD - "Sumqayıt" duelinin güclüsü isə "Ordu" ilə üz-üzə gələcək. 1/4 finalda "Quba" "Sabah"la, "Neftçi" isə "Gəncə" ilə görüşəcək.

GoldMedia.Az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26