Qərb derbisində "Turan Tovuz" sevindi
Misli Premyer Liqasında 2025-ci ilin sonuncu - XVI turuna start verilib.
"İnterPosta" məlumatına görə, ilk oyun günündə səfərdə "Kəpəz"lə qarşılaşan "Turan Tovuz" 2:0 hesablı qələbə qazanıb.
Yevlax şəhər stadionunda baş tutan matçda qolları Alexandro Serrano (6) və Joarlem Santos (47) vurublar.
"Turan Tovuz" hazırda 27 xalla 4-cü yerdə qərarlaşıb.. Hesabında 9 xal olan "Kəpəz" 12 komandanın sıralamasında onuncudur.
Qeyd edək ki, XVI tura dekabrın 22-də yekun vurulacaq.
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26


