Interposta.Info

Basketbol: "Sabah" Çempionlar Liqasında növbəti oyununa çıxacaq

İdman
 9-12-2025, 09:57     21 258

"Sabah" basketbol komandası Çempionlar Liqasında bu gün növbəti oyununa çıxacaq.

"İnterPosta" məlumatına görə, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Bakıda Çexiyanın "Nimburk" klubu ilə üz-üzə gələcək.

Qarşılaşma saat 20:00-da start götürəcək.

Qeyd edək ki, "Sabah" B qrupunda 4 xalla sonuncu - dördüncü pillədə qərarlaşıb. Çexiya təmsilçisi 5 xalla üçüncüdür. Fransanın "Elan Şalon" kollektivi 8 xalla liderdir. Almaniyanın "Alba" (Berlin) komandası isə 7 xalla ikinci sıradadır.

GoldMedia.Az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26