Interposta.Info

Azərbaycan millisi turnirinin qalibi oldu
 

İdman
 2-12-2025, 20:39     54 005

Azərbaycanın qadınlardan ibarət millisi Dəkkə şəhərində keçirilən "FIFA Tri Nations Women"s Football Series 2025" turnirindəki ikinci oyununu da qələbə ilə başa vurub.

"İnterPosta"xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Banqladeş yığmasını 2:1 hesabı ilə üstələyərək turnirin qalibi adını qazanıb.

Yığmanın qollarını Sevinc Cəfərzadə (19) və Esra Manya (84) vurublar.

Qeyd edək ki, yığma turnirdəki ilk görüşündə Malayziyanı 2:0 hesabı ilə məğlub edib.

GoldMedia.Az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26