Interposta.Info

Azərbaycan Basketbol Liqasında VII tura start verilir

İdman
 13-11-2025, 11:37     38 105

Azərbaycan Basketbol Liqasında VII tura bu gün start veriləcək.

"İnterPosta"nın məlumatına görə, günün yeganə oyununda "Lənkəran" "Sərhədçi"ni qəbul edəcək.

Qarşılaşma Lənkəran Olimpiya İdman Kompleksində, saat 15:00-da start götürəcək.

Meydan sahibləri B qrupunda 8 xalla üçüncü pillədə qərarlaşıb. Eyni xala malik olan qonaqlar beşincidir.

Qeyd edək ki, tura noyabrın 16-da yekun vurulacaq.

GoldMedia.Az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26