"Qarabağ"a şok xəbər: Ulduz futbolçusu 8-10 həftə oynamayacaq
Çempionlar Liqasının əsas mərhələsinin IV turunda İngiltərənin "Çelsi" klubu ilə matçda zədələnən "Qarabağ"ın futbolçusu Kadi Borges 8-10 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Bu barədə "İnterPosta"ya klubdan məlumat verilib.
Yarımmüdafiəçi matçdan sonra müayinədən keçib.
Nəticələrə əsasən, futbolçunun sol fibulasında sınıq aşkarlanıb.
Həkimlərin ilkin proqnozuna görə, Kadi Borgesin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu 2:2 hesabı ilə yekunlaşıb.
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26


