"Turan Tovuz" səfərdə "Karvan"ı məğlub etdi
Misli Premyer Liqasında IX tura "Karvan-Yevlax" - "Turan Tovuz" oyunu ilə start verilib.
Şamaxı şəhər stadionunda keçirilən matç qərb təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib.
Görüşdə hesabı Yevlax kollektivi açıb. 69-cu dəqiqədə Şakil Sno fərqlənib. Alexandro Serrano 2 dəqiqə sonra hesaba tarazlıq gətiribsə, 77-ci dəqiqədə Roberto Olabe "Turan Tovuz"un qələbə qoluna imza atıb.
Kurban Berdıyevin rəhbərlik etdiyi komanda 18 xalla turnir cədvəlinə başçılıq edir. "Karvan-Yelvax" isə 5 xalla onbirincidir.
Qeyd edək ki, tura oktyabrın 26-da yekun vurulacaq.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26


