"Qarabağ" bir gecədə 4,2 milyon manat qazandı
Xəbər verdiyimiz kimi, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Portuqaliyada qələbə qazanıb. Ağdam təmsilçisi "Benfika" ilə matçın əvvəlində iki qol buraxsa da, daha sonra üç dəfə fərqlənərək 3:2 hesablı qələbəyə sevinib.
Bu qələbə sayəsində "Qarabağ" 3 xalla yanaşı, 2,1 milyon avro (4,24 milyon manat) mükafat qazanıb.
Bu, UEFA-nın qitənin bir nömrəli klub turnirinin əsas mərhələsində qazanılan hər qələbəyə görə verilən mükafatdır. Heç-heçəyə görə komandalara 700 min avro (1,42 milyon manat) ödənilir.
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26


