Azərbaycan klubu rəhbər posta əcnəbi gətirdi
Bu gün "Sabah"da rəhbər vəzifəyə yeni təyinat gerçəkləşib.
"İnterPosta"sportinfo.az-a istinadən xəbər verir ki, klubun futbol akademiyasının baş koordinatoru postuna Georgi Minaşvili gətirilib.
Gürcüstanlı mütəxəsislə artıq rəsmi müqavilə imzalanıb. O, son olaraq Tiflis "Dinamo"sunun futbol məktəbinə başçılıq edib.
Minaşvili burada Adino Mustedanaqiçi əvəzləyib. Bir neçə ildir Masazır təmsilçisində fəaliyyət göstərən xorvatiyalı artıq sırf məşqçi kimi işləyəcək. Balkanlı U-19 və əvəzedici komandaların sükanı arxasında dayanacaq.
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26


