"Neftçi" "İmişli"yə qalib gələ bilmədi
Misli Premyer Liqasında II turun açılış oyununda "İmişli" - "Neftçi" qarşılaşması olub.
"İnterposta" xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan matçda hesab açılmayıb.
Bununla da paytaxt təmsilçisi mövsümdə ardıcıl ikinci dəfə heç-heçəyə imza atıb. Bölgə kollektivi isə Premyer Liqada ilk xalını qazanıb.
Günün digər matçında "Qarabağ" "Sumqayıt"ı sınağa çəkəcək. Oyun "Azərsun Arena"da, saat 19:30-da başlayacaq.
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26


