Interposta.Info

Braziliya millisinin sabiq futbolçusu rəsmən Azərbaycan klubunda

İdman
 18-08-2025, 15:25     21 308

Son olaraq İspaniya La Liqasında "Valyadolid"in şərəfini qoruyan Enrike Silva "Turan Tovuz”a keçib.

Klubdan "İnterPosta"ya verilən məlumata görə, sol cinah müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.

Yetirməsi olduğu "Vasko da Qama”nın heyətində 185 oyuna çıxan braziliyalı futbolçu 3 mövsüm Fransa Liqa 1 təmsilçisi "Lion”un formasını geyinib.

Tam adı Enrike Silva Milaqres olan 31 yaşlı futbolçu vaxtilə Braziliyanın U-20 milli komandasının üzvü olub.

GoldMedia.Az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26