Azərbaycanın qadın güləşçisi karyerasını başa vurub: "Mən də sizin bir parçanız idim"

Azərbaycanın qadın güləşçisi Elis Manolova 29 yaşında karyerasını başa vurub.
"İnterPosta" xəbər verir ki, bu barədə Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, təcrübəli güləşçi bu qərarının səbəbi kimi zədələri göstərib:
"Geriyə dönüb baxanda, o qədər yarışlar və medallar olub ki, duyğulanmamaq mümkünsüzdür. Əlbəttə, daha bir olimpiya tsiklində güləşmək istərdim. Ancaq illərdir davam edən zədələr güləşməyə imkan vermir. İndiyədək topladığım təcrübəni bundan sonra məşqçi kimi gənclərə ötürmək istəyirəm. Azərbaycan adına güləşdiyim üçün çox xoşbəxtəm. Mən Azərbaycanı ikinci evim sayıram. Bu ölkədə çox gözəl xatirələrim var. Hər kəs üçün darıxacağam. Bakıya yenə gələcəyəm. Azərbaycan Güləş Federasiyasına minnətdaram. Nə yaxşı ki, məni öz sıralarınıza qəbul etdiniz. Mən də sizin bir parçanız idim. Azərbaycan bayrağını yüksəltmək hər zaman böyük qürur idi. Bundan sonra bütün azərbaycanlı güləşçiləri dəstəkləyəcəyəm".
Qeyd edək ki, E.Manolova 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının qalibi olub. İki il sonra Avropa çempionu və dünya üçüncüsü adıına sahib çıxan idmançı böyüklər arasında qitə birinciliklərində beş (bir qızıl, üç gümüş, bir bürünc) medal qazanıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26