Interposta.Info

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq

 

İdman
 19-06-2025, 17:44     35 924

Uşanqi Kokauri
Azərbaycan cüdoçusu Uşanqi Kokauri (+100 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq.

"İnterPosta" xəbər verir ki, o, 1/4 finalda gürcüstanlı Quram Tuşişviliyə məğlub olub.

U.Kokauri öncə təsəlliverici görüşdə çexiyalı Lukaş Krpaleklə yarışacaq. Milli üzvü bu səddi adlasa, üçüncü yer uğrunda qarşılaşmaya çıxacaq.

Qeyd edək ki, Azərbaycanı mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Daha əvvəl cüdoçularımızdan Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıblar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26