"Şahdağ Qusar" Azərbaycan çempionu oldu

Futbol üzrə Azərbaycan II Liqasına yekun vurulub.
"İnterPosta"xəbər verir ki, XXVI turda səfərdə "Dinamo" ilə qolsuz heç-heçə edən "Şahdağ Qusar" komandası çempion adını qazanıb.
Elnur Abdullayevin baş məşqçi olduğu kollektiv xalını 72-yə çatdıraraq, yarışın qalibi olub.
Səfərdə "Qusar"a 9:0 hesabı ilə qalib gələn "Şəfa" komandası 71 xalla ikinci yeri tutub.
58 xala malik "Şimal" isə üçüncü yerlə kifayətlənib.
Hər üç komanda gələn mövsüm Azərbaycan I Liqasına vəsiqə qazanıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26