“Formula -1” Azərbaycan Qran-Prisi başa çatdı: Avstraliya pilotu çempion oldu - FOTOLAR
“ Formual 1” Azərbaycan Qran -Prisinin əsas yarışmasında Avstraliya təmsilçisi DANİEL RİCCARDO qalib gəlib.
Musavat.com xəbər verir ki, “RED BULL RACİNG” komandasının pilotu 1:46:117 nəticə ilə rəqiblərini qabaqlamağı bacarıb.
İkinci yerin qalibi “MERCEDES” komandasının pilotu Valtter BOTTAS, üçüncü yerdə isə “WİLLİAMS MARTİNİ RACİNG” komandasının pilotu Lance STROLL qərarlaşıb.
Sonda qaliblərlə görüşən prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva pilotları təbrik ediblər.
3-cü yerin sahibi “Williams” komandasının üzvü Lans Strollu Gənclər və idman naziri Azad Rəhimov, 2-ci pilləyə yüksələn Valtteri Bottası Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, qalibi isə Azərbaycan Prezidenti İlham Əliyev təltif edib. Konstruktorlar kubokunu isə “Red Bull Racing” komandasının nümayəndəsinə Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva təqdim edib.
Qeyd edək ki, pilotlar 51 dövrəni (306 kilometr məsafəni) 2:03:55:570 nəticə ilə başa vurublar.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26