Azərbaycan - Macarıstan oyununun biletləri satışa çıxarıldı
Futbol üzrə Azərbaycan və Macarıstan yığmaları arasında keçiriləcək yoldaşlıq oyununun biletləri satışa çıxarılıb.
"İnterPosta" xəbər verir ki, biletlər azarkeşlər üçün üç qiymətə təklif olunur.
1-ci kateqoriya 5, 2-ci kateqoriya 2, VİP biletlər 10 manata satışa çıxarılıb.
Qarşılaşmanı izləmək istəyənlər biletləri iTicket.az satış məntəqələrindən əldə edə bilərlər.
Qeyd edək ki, görüş iyunun 10-da, saat 20:00-da "Liv Bona Dea Arena”da baş tutacaq.
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26


