Interposta.Info

"Traktor" ilk dəfə İran çempionu oldu

İdman
 2-05-2025, 22:55     42 837


Traktor” komandası 2024/25 mövsümü İran Pro Liqasının qalibi olub.

Təbriz təmsilçisi tarixində ilk dəfə ölkə çempionu adını qazanıb.


"Traktor” mövsümün sonuna 2 tur qalmış bu adı təmin edib. 56 yaşlı xorvat Draqan Skoçiçin baş məşqçisi olduğu komanda bu gün 28-ci turda səfərdə - Qəzvində yerli "Şəms Azar” üzərində 4:0 hesablı qələbə qazanıb və xalını 64-ə yüksəldib. Qolları Drozdek (2, 31-ci dəq.), Hosseinzadə (9) və Rikardo Alves (84-pen.) vurub.

Cənubi Azərbaycan klubunun ən yaxın izləyicisi olan "Sepahan” (İsfahan) isə öz meydanında 5-ci yerdə qərarlaşmış "Qohar”a uduzub - 1:2 və xalı 56-da qalıb.

Beləliklə, "Sepahan”ın bu məğlubiyyətindən sonra onunla "Traktor” arasında xal fərqi 8-ə yüksəlib. Bu isə o deməkdir ki, son 2 turun nəticəsindən asılı olmayaraq, "Traktor” hazırkı mövsümü lider kimi başa vuracaq.

Əlavə edək ki, bunadək "Traktor”un İran yüksək liqasında ən yaxşı nəticələri 3 dəfə 2-ci yeri, 2 dəfə isə 3-cü yeri tutmağı olmuşdu.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26